Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bu şənbə səhəri verdiyi açıqlamada “Fələstin 2” ultrasəs ballistik raketi ilə Yaffada (Təl-Əviv) hərbi hədəfi məhv etdiklərini açıqlayıb.
Bu bəyanatda bildirilir ki, sionist rejimin hava hücumundan müdafiəsi Yəməndən atılan ultrasəs raketinin qarşısını ala bilməz.
Bu bəyanatın bir hissəsində bu hücumun Fələstin xalqına dəstək və sionist rejimin Qəzzə xalqına qarşı cinayətlərinə cavab vermək, həmçinin sionist rejimin Yəmənə qarşı təcavüzünə cavab vermək çərçivəsində həyata keçirildiyi bildirilir.
Sizin rəyiniz